Fələstində ölənlərin sayı 40-a çatıb

Fələstində ölənlərin sayı 40-a çatıb

İsrailin 4 gündür davam edən hücumlarında 40 fələstinli qətlə yetirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrailin həyata keçirdiyi son hava hücumunda 1 nəfər ölüb, 10-u isə yaralanıb. Yerli mənbələrdən verilən məlumatda isə, Qəzzanın cənubunda yerləşən Rəfah şəhərində motosikletin hədəf alınması nəticəsində baş vermiş partlayışda 1 nəfər ölüb, 2-si isə yaralanıb.

Bundan başqa Xan Yunusun fərqli bölgələrində həyata keçirilən əməliyyatlarda çoxunun qadın və uşaqların olduğu 8 nəfər ölüb.

Beləliklə hücumların başladığı gündən indiyə qədər 40 nəfər ölüb, 295-i isə yaralanıb.

Qeyd edək ki, İsrail hökuməti yaxın iki gün içərisində Qəzzada quru əməliyyatlarına başlayacağını bildirib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə