Taylandın cənubunda Patanı bölgəsində motosikletə yerləşdirilən bombanın partlaması nəticəsində 1 nəfər ölüb, 20-si isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu səhər həyata keçirilən partlayış nəticəsində 5 bina zədələnib. Partlayışdan sonra güclü yanğın olub. Ölənin şəxsiyyəti dəqiqləşdirilməyib. Yaralanaların isə 15-i mülki, 5-i isə əsgərdir.
Qeyd edək ki, sabah ABŞ prezidenti Barak Obama bu ölkəyə səfərə gələcək. Partlayışın məhz bu ərəfədə həyata keçirilməsi hökumət qüvvələrini təşvişə salıb.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB