Qəzzadakı Fələstin hökumətinin mərkəzi binası İsrail təyyarələri tərəfindən vurulub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, binaya endirilən 5 mərmi zərbəsi nəticəsində nəticəsində dörd mərtəbəli hökumət binasının tamamilə dağıldığı bildirilir.
Baş vermiş hadisə ilə bağlı Həmasın sözçüsü Tahir ən Nunu deyib: "Bu hücumlar bizim xalqımıza xidmət etməyə mane olmayacaq. Hökumət öz yoluna davam edəcək. İşğalçılarsa tezliklə gedəcək". Həmçinin Nunu deyib ki, bu gün səfər edəcək Tunisin yüksək vəzifəli məmurlarının səfərlərində də heç bir dəyişiklik olmayacaq".
İsrail hökuməti isə baş verənlərlə bağlı açıqlama verməyib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB