İsrail Fələstinə hərbi müdaxiləyə hazırlaşır

İsrail Fələstinə hərbi müdaxiləyə hazırlaşır

Təl Əviv Qəzza əməliyyatı üçün 75 min nəfər orduya çağırdı

İsrail hökuməti orduya ehtiyatda olan 75 min nəfərin çağırılmasına razılıq verib. RİA "Novosti"yə istinadən verilən məlumata görə, bu addım Fələstinə qurudan müdaxiləyə hazırlıq məqsədilə atılıb.

Əvvəllər 30 min nəfərlik səfərbərlik kvotasının artırılması barədə qəranın müdafiə naziri Ehud Barakın müraciəti əsasında qəbul edilib.

Ötən günə olan məlumata görə, artıq ehtiyatda olan 16 min nəfər orduya çağırılıb. İki elit briqada, desent və piyada birləşmələri Fələstinə hücum üçün hazırlıqları başa çatdırıblar.

Qəzzaya gedən əsas yollar qapalı hərbi bölgə elan edilib. Bu da Fələstinə hərbi müdaxilə hazırlığının aparılmasının sübutudur.

Bütün xəbərlər Facebook səhifəmizdə