Türk qırıcıları bombaladı

Türkiyə təyyarələri Şimali İraqdakı PKK düşərgələrini bombalayıb

Türkiyə Silahlı Qüvvələrinə (TSQ) aid hərbi təyyarələr PKK düşərgələrini bombalayıb. Diyarbakır 2-ci Hava Qüvvələri Komandanlığına bağlı hərbi bazadan havaya qalxan 8 ədəd "F-16" hərbi təyyarəsi Şimali İraqın Behdinan bölgəsindəki Zap, Qare və Metina düşərgələrinə zərbə endirib.

Təqribən 1 saat davam edəm əməliyyat nəticəsində çox sayda PKK terrorçularına aid sığınacaqlar yerlə yeksan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə