Barak Obama qorxur?

ABŞ prezidenti Barak Obama zəfərlə çıxdığı seçkilərdən sonra keçirdiyi ilk mətbuat konfransınada Suriya ilə bağlı önəmli açıqlamalar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriyadakı vəziyyətə toxunan Barak Obama deyib: "Bir araya gələn müxalifətlə görüşlər keçirəcəyik. Onları, sürgündəki bir hökumət kimi tanımağa hazır deyilik. Yalnız Suriya xalqının qanuni nümayəndəsi olaraq görürük. Silah yardımı etməyi də düşünmürük. Verəcəyimiz silahların gələcəkdə bizə qarşı istifadə olunmasını istəmirik. Hazırda Suriyanın yaxın qonşuları olan Türkiyə, İordaniya və İsraillə əməkdaşlıq edirik".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə