Həmas raketləri Təl Əvivə düşür

Həmas raketləri Təl Əvivə düşür

İsrailin Qəzzaya təşkil etdiyi hava hücumlarına cavab olaraq Həmasın İsrailə qarşı hücumları davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Həmas rəsmiləri tərəfindən verilən açıqlamada İsrailə 120-dən çox raket atıldığı və bunların bəzilərinin Tel Əvivdə yerləşən məntəqələri məhv etdiyi bildirilir.

Məlumat İsrail orqanları tərəfindən də təsdiqlənib. Verilən açıqlamada bildirilib ki, Həmasın atdığı raketlərin ilk dəfə bu qədər uzaq mənzilə düşüb. Fələstinlilərin atdığı raketin Tel Əvivin cənub hissələrinə düşdüyünü və ölən və yaralananların olmadığını açıqlanıb.

Qeyd edək ki, Həmasın hücumlarında indiyə qədər 3 yəhudi ölüb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə