Liviyada keçirilən and içmə mərasimindən sonra Əli Zeydanın hökuməti Abdurrahim əl-Kib hökumətindən vəzifəsini rəsmən təhvil alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Liviya Milli Konqres tərəfindən 14 oktyabrda hökuməti qurmaq üçün baş nazir seçilən Əli Zeydan keçirilən inaqurasiya mərasimindən sonra hökumətin başına keçib.
Mərasimdə söz alan Əli Zeydan bildirib: "Liviya xalqının dəstəyi ilə yeni hökumət hüququ və güclü dövlət olacaq"
Həmçinin Əli Zeydan bildirib ki, hökuməti çətin bir şəraitdə qurublar və bundan sonra Liviyanın problemlərini birlikdə həll edəcəklər.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB