Suriya müxalifətinin idarə mərkəzi məlum olub

Suriya müxalifətinin idarə mərkəzi məlum olub

Suriya prezidenti Bəşər Əsədə Suriya Müxalif və İnqilabçı Qüvvələr Koalisiyası adı altında birləşən qüvvələr mərkəzlərinin Misirin payatxtı Qahirədə olduğunu açıqlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, koalisiyanın 23 noyabrda Qahirədə keçirəcəyi yığıncaqda mərkəzin açılışı rəsmən elan olunacaq.

Qərbdə ilk olaraq Fransa və körfəz ölkələrinin dəstəyini alan müxaliflər Qərbin və digər ərəb ölkələrinin dəstəyini almaq üçün fəaliyyətlərini Qahirədən davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, Suriya Xarici İşlər Nazirliyi müxalif qüvvələrin təşkil etdiyi Dohadakı zirvəni "müharibə elanı" kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə