ABŞ yaxın aylarda fəal surətdə İranın nüvə probleminin həllinə nail olmaq fikrindədir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunun üçün bütün diplomatik imkanlardan, o cümlədən Tehranla birbaşa danışıqlardan istifadə edəcək. ABŞ prezidenti Barak Obama Çıxışında belə bir bəyanat verib. Onun sözlərinə görə, yaxın aylarda bütün diplomatik imkanlardan istifadə edəcək.
ABŞ prezidenti onu da qeyd edib ki, İranın nüvə probleminin həll olunması üçün vaxt lazımdır. Ölkəsinin bu məsələyə mövqeyi ondan ibarətdir ki, İran nüvə silahına malik olmamalıdır.
Qeyd edək ki, qərb ölkələri İranı dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırlar. Tehran isə bu iddiaları təkzib edir. Hazırda İrana qarşı BMT Təhlükəsizlik Şurasının 4 sanksiya qətnaməsi mövcuddur. Problemi həll etmək üçün ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniyadan ibarət "altılıq" İranla danışıqlar aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB