Petreus Obamanı təəccübləndirib

Petreus Obamanı təəccübləndirib

Ağ Ev sözçüsü prezidentin general Alana güvəndiyini bildirib

ABŞ prezidenti Barak Obamanın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsindən istefa verən Devid Petreusun nikahdankənar münasibətini öyrəndiyi zaman təəccübləndiyi bildirilir. Ağ Ev sözçüsü Cey Qarni Obamanın noyabrın 8-də Petreusla bağlı məlumatlandırıldığı zaman təəccübünü saxlaya bilmədiyini deyib. Qarni Obamanın xidmətləri üçün Petreusa minnətdar olduğunu bildirib.

Ağ Ev sözçüsü Obamanın Petreusun sevgilisi Paula Brodueldən təhdid mesajları aldığını iddia edən Cil Kelli ilə normal olmayan münasibət qurduğu üçün haqqında istintaq başladılan general Con Alana güvəndiyini qeyd edib. Qarni bildirib ki, Obama Alanın çox gözəl iş görməkdə olduğunu və gördüyünü düşünür.

Sözçü Obamanın Alanın NATO Avropa Müttəfiq Qüvvələr Komandanı vəzifəsinə təyinatını Pentaqonun tələbiylə dayandırdığını bildirib. Ancaq Alan istintaq müddətində Əfqanıstandakı İSAF qüvvələrinin komandanlığını davam etdirəcək. 2014-cü ildə isə ABŞ qüvvələrinin Əfqanıstandan çəkilməsinin planlaşdırılması üçün bu vəzifəyə Dəniz Qüvvələri komandanının müavini Cozef Dunford təyin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə