Suriya üsyançılarının tükürpədici əməlləri ŞOK

Görənləri dəhşətə gətirir!
Suriya üsyançılarının tükürpədici əməlləri ŞOK

Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar kəndinin yaxınlığında, sərhədin o tayında, Suriya ərazisindəki Rəsulayn kəndində vəhşət yaşanır.

Suriya prezidenti Bəşər Əsədə qarşı vuruşan Azad Suriya Ordusunun yaraqlıları qətlə yetirdikləri hərbçilərin cəsədlərini yük maşınlarına dolduraraq, "qardaşlıq" məzarlarına gömürlər.

Cəsədlər paltarlı, necə gəldi atılır. Daha sonra kütləvi məzarlığa Bəşər Əsədin fotosunu tullayan müxalifətçilər buldozerlə məzarın üstünü torpaqla örtürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə