İsrailin Qəzza bölgəsində genişmiqyaslı əməliyyat aparmaq niyyəti yoxdur. Lakin Fələstin tərəfindən raket atəşi davam etsə, İsrail sərt cavab addımları atacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu qərarı İsrailin hərbi-siyasi kabineti qəbul edib. Bu quruma İsrailin əsas nazirliklərinin başçıları, güc strukturlarının rəhbərləri daxildir. İsrailin baş naziri Binyamin Netanyahu ölkənin cənub bölgələrində yerləşən şəhərlərin merləri ilə görüşdə söz verib ki, "terrorçular cəzasız qalmayacaqlar".
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB