“Windows”-un başçısı istefa verdi

“Windows”-un başçısı istefa verdi

"Microsoft"-un "Windows" bölməsinin başçısı Stiven Sinofski gözlənilmədən şirkəti tərk edib. SİA-nın "BBC"-yə istinadən verdiyi xəbərə görə, "Microsoft" Sinofskinin vəzifəsindən istefa verməsinin səbəbini açıqlamayıb. Şirkətin bildirdiyinə görə, Culi Larson Qrin bundan sonra "Windows"-un proqram təminatı və avadanlıq mühəndisliyi bölməsinə rəhbərlik edəcəyini bildirib.

Xatırladaq ki, bir neçə həftə "Microsoft" "Windows 8″-i istifadəyə vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə