Rusiya işıqsız qaldı FOTO

Rusiyanın Altay bölgəsində güclü yağış və çovğuna görə 20 mindən çox adam elektriksiz qalıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, burada 40-dan çox yaşayış məntəqəsində elektrik xətləri qırılıb.

Yerli meteoroloji mərkəzinin verdiyi məlumata əsasən, bölgədə küləyin sürəti saniyədə 28-ə çatır. Altay bölgəsində gün ərzində çovğun, güclü qar və yağış yağması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə