Italiyada sel fəlakəti: 3 ölü

İtaliyanın mərkəzi bölgələrində baş verən sel 3 nəfərin həyatına son qoyub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qrosetto qəsəbəsində sel sularının uçurduğu körpüdən aşan maşınlardakı sakinlər ölüblər.

Venesiyanın da daxil olduğu bir çox şəhərlər sel sularının əsarətindədir. Sel suları bir çox tikilinin bünövrəsini zədələyib.

Qeyd edək ki, dünən də sel sularında 1 nəfər ölmüşdü.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə