Cənub Afrika polisi Johannesburg yaxınlığındakı Pretoria Müzeyində sərgilənən əsərlərdən bəzilərinin ötən gün müzeyə ziyarətçi kimi girən 3 nəfər tərəfindən oğurlandığını bildirib. Polis müzey nəzarətçilərini silahla qorxudan oğruların tabloları maşınla daşıdığını deyib.
Arşdırma zamanı məlum olub ki, oğurlanan tabloların maddi dəyəri 2 milyon dollardan çox olub. Cənubi Afrikanın tanınmış rəssamlarından Irma Sternə aid qiymətli bir tablonun isə maşına yerləşmədiyini görən oğrular onu qapının önünə qoyublar.
Verilən məlumata görə, hadisə ilə bağlı istintaq işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB