Angela Merkelə böyük zərbə!

Almaniya rəsmilərinin Avropanın iqtisadi böhrandan əziyyət çəkən iki ölkəsinə edilən səfərləri etirazlarla qarşılanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İtaliyanın Napoli şəhərində Almaniya əmək naziri Ursula von der Leyeni etiraz edən minlərlə etirazçı polislə qarşıdurmaya başlayıb. Əksəriyyətinin tələbələr olduğu bildirilən nümayişçilər daş və ağaclarla polisə hücum ediblər. Polis isə göz yaşardıcı və su şırnaqları ilə nümayişi dağıdıb.

Portuqaliya səfəri zamanı prezident Anibal Silva ilə görüşən Merkel daha sonra Baş nazir Pedro Coelho ilə naharda bir araya gəlib. Görüşün küçirildiyi məkanı əhatəyə alan bir qrup nümayişçi daşıqdıqları plakatlarla və səsləndirdikləri şüarlarla Merkeli protesto ediblər. Nümayişçilər daha iqtisadi islahatlara dözə bilməyəcəklərini dilə gətiriblər.

Qeyd edək ki, Almaniyanın baş naziri Angela Merkel keçən il 78 milyard avroluq xarici kredit yardımı üçün memorandum imzalayan Portuqaliya hökumətinə dəstək verir.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə