İranın Neyris və Ərdəbil şəhərlərində 2 nəfər edam edilib. SİA-nın xarici mətbuat istinadən verdiyi xəbərə görə, hər iki məhbus narkotik qaçaqmalçılığında təqsirləndirilib. Neyris İnqilab Məhkəməsinin ölüm hökmü çıxardığı şəxsin avtomobilindən 5 kq tiryək, 4.7 kq heroin götürülüb. Edam qərarı Neyrisdə əhalinin gözü qarşısında icra edilib. Ərdəbil şəhərində edam edilən məhbusun üzərindən isə 322 qram heroin götürülüb. Yerli məhkəmənin çıxardığı ölüm hökmü Ərdəbil vilayətinin mərkəzi məhkəməsi tərəfindən təsdiq edildikdən sonra həbsxanada həyata keçirilib.
Bundan başqa, İran Mərkəzi məhkəməsinin sədri Qulaməli Rzayinin verdiyi açıqlamaya görə, Ərdəbildə narkotik qaçaqmalçılığında təqsirləndirilən və ölüm cəzasına məhkum edilmiş daha 40 nəfərin edam qərarları da yaxın günlərdə icra ediləcək.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB