Növbəti güclü zəlzələ

Mərkəzi Amerika ölkələrindən Qvatemalanın Sakit okeanı sahillərində 6,5 bal gücündə zəlzələ olub. Amerika Geoloji Araşdırmalar Mərkəzindən verilən açıqlamaya görə, zəlzələ Qvatemala Citydən 185 kilometr uzaqlıqda və 27 kilometr dərinlikdə baş verib. Təbii fəlakətin ardınca zəlzələ bölgəsindəki evlər boşaldılıb. Ölən və yaralananlar barəsində isə heç bir məlumat verilməyib.

Xatırladaq ki, ötən həftə Qvatemalada baş verən 7,4 bal gücündəki zəlzələdə 52 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə