Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin baş naziri əl Bağdadi əl Mahmudi bu gün məhkəmə qarşısına çıxarılacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, keçmiş baş nazir ölkənin təhlükəsizliyə ziyan vuran hərəkətlər törətməkdə ittiham edilir.
Mahmudi keçən ilin sentyabrında Qəddafi rejiminə qarşı üsyanlar zamanı Tripolidən qaçmışdı. Tunisdə həbs edilən Mahmudi iyunun 24-də Tripoliyə ekstradisiya olunub.
Mahmudi 2006-cı ildən Qəddafinin devrilməsinə kimi Liviyanın baş naziri vəzifəsində çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB