Güclü yağışlar və küləklər nəticəsində İtaliyanın Venesiya şəhərində dənizin səviyyəsində kəskin artım olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sel nəticəsində şəhərin 70%-i su altında qalıb.
Şəhərdə fövqəladə vəziyyət elan edilib, məktəblər, ictimai müəssisələr bağlanıb. Şəhər rəsmiləri vətəndaşları evlərini tərk etməməyə çağırıb.
Venesiyadan əlavə İtaliyanın digər sahil şəhərləri də kəskin hava şəraitinin qurbanı olub. Ölkənin Toskana bölgəsində artıq 200-dən çox adam evakuasiya edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB