Dağıstanda Azərbaycan vətəndaş qətlə yetirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam Mahaçqala şəhərinin Sovet rayonunda Azərbaycan Respublikası vətəndaşına məxsus "Jiquli" avtomobilinin sərnişini olmuş naməlum şəxs odlu silahdan sürücünün başına dörd atəş açıb və hadisə yerindən uzaqlaşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Operativ-istintaq qrupunun əməkdaşları hadisə yerində 9 millimetr kalibrli dörd giliz aşkar edərək götürüblər.
Faktla bağlı cinayət işi qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB