Fransanın paytaxtı Parisdə yüzlərlə etirzçı İslam dini əleyhinə nümayiş keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Cumhuriyyətçi Müqavimət" adlı milliyətçi təşkilatın keçirdiyi nümayişdə "İslama bu ölkədə yer yox" şəklində şüarlar səsləndiriblər.
Üç həftə əvvəl radikal sağçı qrup nümayəndələri tikilməkdə olan məscidə hücum edərək Fransanın qaçqınlara qarşı olan siyasətini tənqid etmişdilər.
Qeyd edək ki, fransızların islama qarşı olmasına baxmayaraq, 65 milyon əhalisi olan ölkədə 5 milyondan çox müsəlman yaşayır. Fransa hökuməti isə anti-İslam qruplaşmalarin əleyhinə olduğunu açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB