Gürcüstanda inqilabsayağı hesablaşma

Bu ölkənin keçmiş baş naziri və meri həbs oluna bilər
Gürcüstanda inqilabsayağı hesablaşma

Gürcüstanın Baş Prokurorluğu hər iki dövlət rəsmisini məsuliyyətə cəlb edə bilər

Gürcüstanın keçmiş baş naziri Vano Merabişvili Tiflis meri Georgi Uqulava həbs oluna bilər. Bu barədə ictimaiyyətə "Rezonans" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Gürcüstanın Baş Prokurorluğu hər iki dövlət rəsmisini məsuliyyətə cəlb edə bilər. Buna səbəb isə onların Tiflis əhalisinə sosial yardımları vaxtında verməməsidir.

Qeyd edək ki, keçmiş baş nazir və merin 600 min əhalisi olan paytaxtda belə bir addım atmasına səbəb tiflislilərin seçkilərdə Bidzin İvanişviliyə səs verməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə