BBC-nin baş direktoru istefa verib

BBC-nin baş direktoru istefa verib

BBC-nin baş direktoru Corc Enuistl Marqaret Tetçerin baş nazirliyi dövründəki siyasətçilərdən biri ilə bağlı reportajdan sonra istefa verdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Newsnight" proqramında siyasətçi pedofiliyada günahlandırılıb. Teleradio korporasiyası buna görə üzr istəməli olub.

"Corc baş direktor kimi yolverilməz səhvlərlə bağlı istefa verməklə düzgün addım atmış oldu. Keyfiyyətsiz jurnalist işi böyük qalmaqala səbəb oldu", - BBC-nin Himayədarlar Şurasının sədri lord Patten deyib.

Süjetdə Alister Makelpaynın adı çəkilməyib. Lakin digər KİV-lər belə nəticə çıxarıblar ki, söhbət məhz ondan gedir. Elə BBC-də sonda məhz bu siyasətçidən üzr istəməli olub

Qey edək ki, bu BBC ilə bağlı ilk qalmaqal deyil. Bir qədər əvvəl polis pedofiliya və yüzlərlə azyaşlıya qarşı seksual hərəkətlərdə ittiham olunan mərhum teleaparıcı Cimmi Sevilin işi ilə bağlı bir neçə nəfəri həbs etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə