İsrail hərbi təyyarə və helikopterləri Qəzza və İsrail sərhəddindəki bölgəni bombardıman edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücumlarda 4 fələstinli ölüb, 30-u isə yaralanıb. Hadisə şahidlərinin dediyinə görə, Qəzzanın cənubundakı Xan Yunusun şərq sərhəddindəki mövqelərindən İsrail ordusunun əsgərləri fələstinlililərin evlərini atəşə tutublar. İsaril təyyarələri Rəfah bölgəsindəki əraziləri bomabalaması nəticəsində isə evlər və əkin sahələri zərər görüb.
Fələstin rəsmilərinin verdiyi açıqlamaya görə, İsrailin Qəzzaya hücumunun səbəbi bir qrup silahlının İsaril hərbi maşınını hədəf almasıdır. Bu hücum nəticəsində 4 İsrail əsgər yaralanmışdı. Hücumu heç bir Fələstinli qruplaşma öz üzərinə götürməyib.
İsrail tərəfinin açıqlamasında isə bu hücumların tək günahkarı Həmasın olduğu bildirilib.
Həmasda ittihamaları cavabsız qoymayıb. Həmas sözçüsü Fevzi Berhum mətbuat konfransında "İsrail Qəzzada gərginliyi artırır və fələstinliləri öldürür. Bu səssiz qala biləcəyimiz hal deyil" şəklində hadisəyə münasibət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB