Putindən Rusiya ordusuna zərbə!

Putindən  Rusiya ordusuna zərbə!

Rusiya Dövlət Başçısı Vladimir Putin, Müdafiə Nazirindən dörd gün sonra baş qərargah rəisini də vəifəsindən azad edib. Vəzifədən kənarlaşdırılan baş qərargah rəisi Nikolay Makarovun yerinə Çeçenistanda hərbi komandir vəzifəsində işləyən və həmçinin Putinlə yaxın dostluq edən General Valeri Gerasimov təyin edilib.

Rusiyada FBİ-ın daxilində fəaliyyət göstərən İstintaq Komitəsinin araşdırmalarına görə, keçmiş müdafiə naziri nazirliyə aid daşınmaz əmlakları ucuz qiymətə sataraq dövlətə 100 milyon dollar dəyərində ziyan vurub. İstintaqın verdiyi məlumat əsasında müdafiə naziri Anatoli Serdyukov vəzifədən alınıb, yerinə keçmiş fövqəladə hal naziri Tuva Turku Sergey Şoyqu gətirilib. Baş qərargah rəisinin vəzifəsindən kənarlaşdırılmasının səbəblərini müzakirə edən analitiklər isə müdafiə nazirinin qovulmasından sonra bu hadisənin gözlənildiyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə