Britaniyada bir tələbə beyin xərçəngindən əziyyət çəkən anasına kömək etmək üçün soyunub. SİA-nın "Daily Mail"-ə istinadən verdiyi xəbərə görə, Kardif Universitetinin tələbəsi olan Emi Mortuf anasının xəstəliyindən xəbər tutandan sonra digər tələbə yoldaşlarını xərçəng xəstələrinə maddi yardım etmək məqsədilə soyunmağa razı salıb.
Emi Mortuf və onun 6 dostunun çılpaq fotosessiyası Uels paytaxtı Kardiffdə keçirilib. Gənc qızların fotoları təqvim kimi istifadə ediləcək. Morfut fotolardan əldə edilən 5.500 funt sterlinqi "Beyin Xərçəngi Xeyriyyə Təşkilatı"-na bağışlayacaq.
Qeyd edək ki, hər il Britaniyada 3500-dən çox adam beyin xərçəngindən dünyasını dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB