77 nəfərin qatili şikayət ərizəsi yazıb

77 nəfərin qatili şikayət ərizəsi yazıb

Norveçdə 2011-ci ilin sentyabrın 22-də hazırladığı 2 hücum nəticəsində 77 nəfərin həyatına son qoyan Anders Behring Breyvikin həbsxanada sərt işgəncələrlə qarşılaşdığını bildirib. 77 nəfəri öldürdüyünə görə, 21 il həbs cəzası alan Breyvikin daha sonra yerləşdirildiyi psixiatriya xəstəxanasında həbsxanada keçirdiyi günlərlə əlaqədar şikayət ərizəsi yazaraq Norveç Ədalət Məhkəməsinə müraciət edib.

Onun sözlərinə görə, həbsxanada qaldığı müddətdə həbsxana nəzarətçiləri tərəfindən işgəncələrə məruz qalıb və vəkilindən başqa heç kimlə görüşünə icazə verilməyib.

Breyvikin şikayət ərizəsinin məhkəmə tərəfindən araşdırılması isə qatilin öldürdüyü 77 nəfərin yaxınlarını özündən çıxarıb. Məhkəmənin qararının necə olacağı isə hələ ki, məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə