Sərnişin qatarı aşıb

İranda qatar qəzası baş verib. SİA-nın İran KİV-lərinə istinadən xəbərinə görə, Zahidan şəhərindən Tehrana hərəkət edən sərnişin qatarının bir neçə vaqonu Yəzd şəhəri yaxınlığında relsdən çıxaraq aşıb. Nəticədə içərisində 324 nəfər sərnişin olan qatarda 4 nəfər ölüb, 26 nəfər isə yaralanıb. İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mahmud Müzəffər bildirib ki, hadisə yerinə Yəzd şəhərindən 35 xilasetmə dəstəsi və 15 təcili tibbi yardım maşını göndərilib: "Hadisə noyabrın 9-da saat 23:50-də baş verib. Ölənlərdən üç nəfəri maşinist, biri isə sərnişindir. Yaralılar Yəzd şəhərindəki xəstəxanalara yerləşdiriliblər. Hazırda onların vəziyyəti qənaətbəxşdir. Qatarda olan digər sərnişinlər isə alternativ yollarla Tehrana yola salınıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə