İran prezidentindən ABŞ-a təklif

İran prezidentindən ABŞ-a təklif

İran prezidenti Mahmud Əhmədinejad ABŞ-a birbaşa olaraq Tehranın nüvə proqramını müzakirə etməyi təklif edib. "Biz xalqlar və hökumətlər arasındakı dostluq əlaqələrinə inanırıq, İran ədalət və qarşılıqlı hörmət əsasında qurulan bütün münasibətləri alqışlayır", - deyə İran dövlət başçısı bildirib.

SİA-nın İran mənbələrinə istinadən verdiyi məlumata görə, İndoneziyanın Bali şəhərində Asiya-Sakit Okean regionu dövlətlərinin V Demokratik Forumunda çıxışı zamanı Mahmud Əhmədnejad eyni zamanda ölkəsinin nüvə obyektlərinin bütün beynəlxalq müşahidəçilər üçün açıq olduğunu da əlavə edib.

Bu arada ABŞ İranın iki nazirinə qarşı sanksiya tətbiq edib. ABŞ birtərəfli sanksiyaların tətbiq edildiyi şəxslərin siyahısına İranın rabitə və mədəniyyət nazirlərinin adları da daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə