Həbsxanada qiyam baş verib

Şri-Lankadakı həbsxanalardan birində üsyan baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, paytaxt Kolomboda yerləşən həbsxanada məhbuslar üsyan qaldırıb. Baş vermiş qiyam nəticəsində 12 məhkum ölüb, 9-u isə yaralanıb.

Rəsmilərin dediklərinə görə, polis barrikda quraraq həbsxananın bir qismini ələ keçirən məhbuslarla döyüş aparmalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə