An-12 hava limanında 4 saat saxlanılıb
Türkiyənin Ərzurum hava limanında saxlanan Ermənistan təyyarəsinin uçuşuna 4 saatlıq baxışdan sonra icazə verilib. Təyyarə Ermənistandan Suriyaya gedirmiş və planlı olaraq Ərzurum hava limanında yerə endirilib. Saxlanılan An-12 tipli yük təyyarəsində 9 nəfər ekipaj üzvü olduğu və göyərtəsində 15 ton yük daşıdığı bildirilir. Təyyarə endirildikdən sonra hava limanının daxilində binaya yaxınlaşdırılıb və ətrafdakı jurnalistlərin çəkiliş aparmaması üçün təyyarənin qarşısı irihəcmli tikinti, yanğınsöndürən maşınlar və qaldırıcı kranlarla bağlanıb. Təhlükəsizlik qüvvələri təyyarədə geniş miqyaslı yoxlamalar həyata keçirib və yalnız təyyarədəki ekipaj üzvlərindən birinə təyyarədən enməyə icazə veriblər.
Xüsusi cihazlar vasitəsilə yoxlamalar başa çatdıqdan sonra təyyarənin Suriyaya yola düşməsinə icazə verilib.
Hadisə yerinə bölgənin vali köməkçisi Özgür Aslan da gəlib.
Ermənistan tərəfi və təyyarə pilotlarının iddialarına görə, təyyarə ilə Suriyaya humanitar yardım ləvazimatları daşınır. Bu, Türkiyədə Ərzurum hava limanında endirilən Ermənistana məxsus ikinci yük təyyarəsidir.
Xatırladaq ki, bundan öncə də Ermənistandan Suriyaya uçan daha bir yük təyyarəsi 15 oktyabrda saxlanılmışdı və 6 saat yoxlama aparıldıqdan sonra uçuşun davam etdirilməsinə icazə verilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB