Ermənistan təyyarəsi Ərzurumda endirildi

Ermənistan təyyarəsi Ərzurumda endirildi

Daha bir erməni təyyarəsi Türkiyədə endirilib. SİA-nın məlumatına görə, Türkiyə hava məkanından istifadə etməklə Suriyaya humanitar yardım aparan təyyarədə hərbi yük olduğu üçün yerli saatla 06:12-də Ərzurumda yerə endirilib. Ermənistan rəsmilərinin və pilotların dediyinə görə Antonov AN 12 tipli yük təyyarəsinin yükünün humanitar yardım olduğu bildirilib.

Xatırladaq ki, daha öncə Ermənistana aid yük təyyarəsi yerə endirilmiş ancaq yoxlamalar aparıldıqdan sonra Suriyaya getmək üçün icazə verilmişdi.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə