Latın Amerikası ölkələrindən olan Qvatemalada rixter cədvəli liə 7.5 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, hadisə nətocəsində 10 nəfər ölüb. Amerika Geoloji Araşdırmalar mərkəzinin verdiyi açıqlamaya görə zəlzələnin episentri Kamperiko bölgəsidir. Zəlzələnin 41 km dərinlikdə meydana gəlib. Təkanlar qonşu Meksikada da hiss edilib.
Hökumət başçısı Otto Perez Molina radio ilə xalqa müraciət edib. O ölkədə "yüksək səviyyəli fəlakət" elan olunduğunu və mümkün qədər hündür mərtəbəli binaları tərk etməyi xahiş edib.
Zəlzələdən sonra bəzi evlər dağılıb,müxtəlif regionlarda torpaq sürüşməsi meydana gəlib. Sürüşmə nəticəsində avtomobil yolları bağlanıb.
Sunami baş verməsi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB