Dəhşətli yol qəzası: 4 ölü, 8 yaralı

Dəhşətli yol qəzası: 4 ölü, 8 yaralı

Türkiyədə dəhşətli avtomobil qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Malatya bölgəsinin Həkimxan ilçəsində mikroavtobus qarşıdan gələn başqa maşınla toqquşub. Hadisə nəticəsində 4 nəfər ölüb, 8 -i isə yaralanıb. Ölən 4 nəfər bir ailənin üzvləridir. Yaralanalar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə