ABŞ-da seçki ənənəsi pozulacaqmı?

ABŞ-da seçki ənənəsi pozulacaqmı?

Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçirilir. Seçkilərin nəticələrini proqnozlaşdırmaq isə hələ də çətindir. Çünki, son sorğularda hər iki namizəd demək olar ki, eyni səs toplayıb.

Seçki məntəqələrində çox böyük izdiham müşahidə olunur, insanlar uzun növbəyə dayanıb. ABŞ vətəndaşları seçkilərin çox məsuliyyətli olduğunu bildirirlər. Hələlik Obamanın çox cüzi səs fərqi ilə irəlidə olduğu bildirilir. Amma demokratların öz yerini respublikaçılara verəcəyini söyləmək elə də asan deyil. Çünki, heç kim 1980-ci ildən ənənə halını almış "8 illik hakimiyyət" şərtləşməsini pozmaq həvəsində deyil. Görəsən, bu dəfə necə olacaq?

Bütün xəbərlər Facebook səhifəmizdə