Müdafiə naziri istefa verdi

Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Anatoli Serdyukovu istefaya göndərib. SİA -nın xarici mətbuata istinadən verdiyi xəbərə görə bu posta Sergey Şoyqu təyin edilib. Sergey Şoyqu indiyə qədər Moskva vilayətinin qubernatoru idi. Bundan qabaq isə o fövqəladə hallar naziri işləyib. Anatoli Serdyukov isə mülki nazir idi.

Qeyd edək ki, Anatoli Serdyukovun istefaya göndərilməsi "Oboronservis" firmasının ətrafında yaranmış qalmaqalın fonunda verilib. Yaranmış qalmaqala səbəb 3 milyard rublun mənimsənilməsidir.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə