Pakistanda silahlı qarşıdurma baş verib

Pakistanda silahlı qarşıdurma baş verib

Pakistanın şimal-qərbində polis məntəqəsinə basqın olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Peşəvər bölgəsində yerləşən polis məntəqəsinə edilən hücumda 3 nəfər ölüb. Rəsmilərin verdiyi açıqlamaya görə, iki qrup arasında meydana gələn silahlı qarşıdurmada ölənlərdən biri təhlükəsizlik əməkdaşıdır. Silahlı qrupları isə hadisə yerinə əlavə kömək göndərdikdən sonra dağıtmaq mümkün olub.

Qeyd edək ki, bu gün Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın məzarı yaxınlığında partlamağa hazır 5 kq bomba tapılıb. Mozole yaxınlığında şübhəli paket içində olan bombanın mütəxəssilər tərəfindən zərərsizləşdirildiyi bildirilir.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə