Benyamin Netenyahu İranı təhdid etdi

Benyamin Netenyahu İranı təhdid etdi

İsraillə İran arasındakı gərginlik səngimək bilmir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail baş naziri Benyamin Netenyahu İranı təhdid edən açıqlama verib: "Əgər İranı dayandırmağın başqa yolu olmasa, İsrail hərəkətə keçməyə hazırdır. Lakin ümid edirəm ki, buna ehtiyac olmayacaq. Bizim niyyətlərimiz ciddidir və hökumət başçısı olduğu dövrdə İran nüvə silahı əldə edə bilməyəcək".

Qeyd edək ki, İsraildə parlament seçkiləri 2013-cü il yanvarın 22-də keçiriləcək.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə