Netanyahu Mossada: "Hazır olun"

CNN-nın verdiyi xəbərə görə, İsrailin Kanal 2 televiziyasında yayımlanan "Uvda" (Həqiqət) adlı proqramında irəli sürülən iddiaya görə, Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri Ehud Barak iki il əvvəl İranın nüvə bazalarını vurmaq üçün İsrail silahlı qüvvələrinə və Mossada "hazır olun" təlimatı verib.

Ancaq hər iki təşkilat, böyük bir döyüşə yol aça biləcəyi səbəbilə əmri yerinə yetirməyib. Xəbərə görə, o zamanki Baş qərargah Rəisi Gabi Eşkenazi ilə Mossad şefi Meir Dağa İrana hücum etməyə qətiliklə qarşı çıxıb. Netanyahunun hərbi hücuma hazırlıq vəziyyətinə gətirilməsi əmrinə qarşı çıxan Meir Daganın Baş nazirə "Görünən o ki, qeyri-qanuni bir qərar almaq üzrəsiniz. Belə bir hücuma ancaq kabinet qərar verə bilər", - deyərək əmrə itaət etməyi rədd etdiyi iddia edilib. Eşkenazinin də Netanyahunun əmrinə "ordunun döyüşə hazır olmadığını və belə bir hərəkəti qaldıra bilməyəcəklərini",-söyləyərək etiraz etdiyi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə