Alman Azərbaycanlılarının Koordinasiya Mərkəzi bu gün Macarıstan vətəndaşının "The Budapest Times" qəzetinin 12-18 oktyabr tarixində dərc olunmuş "Şərqsayağı vəd" məqaləsi ilə bağlı qəzetin redaktoruna açıq məktub ünvanlayıb. İngilis dilində yazılmış məktubun Azərbaycan dilinə tərcümə olunmuş variantını biz də yaymağı qərara aldıq.
Macarıstan vətəndaşı Eszter 29 oktyabr taixində yazır: "Uzun illərdən bəri oxucusu olduğum "The Budapest Times" qəzetinin 12-18 oktyabr tarixli buraxılışında Robert Xodqsonun yazdığı "Şərqsayağı vəd" məqaləsi ilə bağlı məyusluğumu gizlədə bilmirəm. Ehtimal ki, məqalə Azərbaycanın iqtisadi inkişaf naziri cənab Şahin Mustafayevin Macarıstana nəzərdə tutulan səfərini işıqlandırmalı idi, amma təəssüflər olsun ki, müəllifin bu hadisəyə cüzi şəkildə yer verdiyi məqaləsinin böyük bir hissəsi (80 faizi) tamamilə aktual olmayan "Ramil Səfərov problemi"nə həsr edilmişdir. Kimsə izah edə bilərmi ki, cənab Ramil Səfərovla bağlı işin dövlət səviyyəsindəki səfərlərlə nə əlaqəsi var? Belə çıxır ki, Kütləvi İnformasiya Vasitələri (KİV) hər dəfə hansısa bir başlıqda "Azərbaycan" sözü görünən kimi, kontekstdən asılı olmayaraq əsasən Ramil Səfərov haqqında yazmağa hazırlaşırlar? Cənab Xodqson iddia edərək cənab Səfərovun Azərbaycana gəlişi zamanı "qəhrəman kimi qarşılanmışdır" deyərkən, əslində, buna tamamilə əmin olduğunu bilmir (və mən mərc gəlirəm ki, o, heç də danılmaz bir dəlil gətirmək iqtidarında deyil). Bu cür yanlış nəticəyə gələrkən, o erməni hökumətinin təbliğat tələsinə düşür və məsələ ilə bağlı Azərbaycan hökumətinin rəsmi mövqeyini və hökumət başçılarının münasibətlərini araşdırmır. Orada aydın şəkildə deyilir ki, "Ramil Səfərov törətdiyi cinayətə görə, uzunmüddətli ağır həbs cəzasına məhkum edilib" (bax: Prezident İlham Əliyevin çıxışı, prezidentin baş müşaviri Əli Həsənovun şərhi və s.: http://www.origo.hu/nagyvilag/20120906-az-ormenyek-csak-ne-ugraljanak.html). Kiminsə cinayət törətdiyini şərh edən bəyanat artıq hökumət tərəfindən "Ramil qəhrəman kimi qarşılanmışdır" kimi iddiaya zidd gəlir. Bunun əksinə olaraq, müəllif yəqin ki, öz mühakimələrində ictimai hisslərə əsaslanır və başa düşmək iqtidarında deyil ki, məhz hökumətin mövqeyi bu kimi qərarlar çıxarmaq üçün vacibdir. Heç şübhəsiz, cənab Xodqsonun vətənində bir çox sağçı ekstremist qruplar mövcuddur, lakin bu heç də kiməsə onun vətəninin ksenofobiyanı və nifrəti təqdir etdiyini bildirən nəticəyə gəlməsinə əsas vermir. Çünki biz hamımız bilirik ki, hökumət bu cür fikirləri paylaşmır.
Eyni zamanda cənab Xodqson bu məsələyə toxunmaq qərarına gəlməkdənsə, o, belə bir danılmaz faktı bilməli idi ki, Azərbaycandan fərqli olaraq bir çox terroristlər və ölümə görə məhkum olunmuşlar Ermənistanda təkcə ictimaiyyət tərəfindən deyil, eləcə də dövlət məmurları tərəfindən alqışlanmışlar və onlar qəhrəman kimi də qarşılanmışlar. 1983-cü ildə Parisin Orli hava limanında bomba partladaraq səkkiz adamı öldürən və ömürlük həbs cəzasına məhkum edilən terrorist Verdujen Qarabediyan 2001-ci ildə birdən-birə fransız həbsxanasından buraxılmış və Ermənistana göndərilmişdir. Onun Ermənistana gəlişindən bir həftə sonra o vaxtkı baş nazir Ara Markeriyan tərəfindən səmimi şəkildə nazirin ofisində qarşılanmışdır… (daha başqa misallar gətirilir…).
Xocalıda soyqırımı törədən cinayətkarlar isə nəinki məhkəməyə verilib, Azərbaycan tərəfindən İnterpol vasitəsi ilə verilən axtarış orderlərinə baxmayaraq, onların bir çoxu bu gün Ermənistanın hökumət orqanlarında yüksək vəzifələrdə çalışır.
Kimsə izah edə bilərmi ki, Xocalıda soyqırımı törədən cinayətkarlar bircə gün də həbsxana yeməyini dadmadıqları halda, Ramil Səfərov 8 il yarım macar həbsxanasında oturduqdan sonra, öz vətənində də gününü həbsxanada keçirməlidir?
Mən hesab edirəm ki, "A" deyəndən sonra "B" deməyi də bacarmaq faydalı olardı və yaxud müəyyən mövzulara ümumiyyətlə girişmək gərək deyil.
Hörmətlə Eszter K".
Şahin Abasov
SİA-nın Almaniyadakı müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB