Məkkə yanıb

Məkkədə təmir işi aparılan otellərdən birində yanğın hadisəsi baş verib. Hadisə yerinə təxminən 15 xilasetmə qrupu müdaxilə edib. Yerli qurumlar əhaliyə yanğın yerinə yaxınlaşmamağı məsləhət görüb. Yanğın haqqında hələ ki heç bir rəsmi məlumat verilməyib, lakin şahidlərin sözlərinə görə, öncə partlayış səsi eşidilib, daha sonra isə yanğın baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə