Millət vəkilləri və prezident qarşı-qarşıya

Millət vəkilləri və prezident qarşı-qarşıya

İran parlamenti Mahmud Əhmədinejadın ölkə parlamentində ikinci dəfə dindirilməsi üçün qərar qəbul edib. SİA -nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, M.Əhmədinejadın dindirilməsinə 77 millət vəkilinin topladığı imzanın parlament tərəfindən qəbul olunması səbəb olub. İran qanunlarına əsasən, prezident bir ay müddətində ölkə parlamentinə gələrək deputatların suallarını cavablandırmalıdır. Millət vəkilləri isə M.Əhmədinejada əsasən İranın milli valyutası olan rialın devalvasiyası, valyuta bazarındakı gərginlik, buğda və avtomobil idxalı və s. problemlərlə bağlı suallar ünvanlayacaqlar.

Qeyd edək ki, bu ilin martında da ölkə tarixində ilk dəfə İran prezidenti parlamentə çağırılaraq, hökumətin iqtisadi siyasəti ilə bağlı deputatların müxtəlif suallarını cavablandırıb.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə