Kremlindən verilən açıqlamaya görə, idman etdiyi zaman onurğa sütunu zədələnən Rusiyanin dövlət başçısı Vladimir Putin xəstəliyi barəsində yayılan şayiələrdən sonra ilk dəfə xalqın qarşısına çıxıb. Prezident 1612-ci ildə Polşa və Litva ordusunun geri çəkilməsinin anıldığı Birlik Günündə Qızıl Meydandakı mərasimdə iştirak edib. Daha sonra Putin dini liderlərlə birgə qeyd olunan hadisəni xatırladan heykəlin önünə tər qərənfillər düzüb.
Qeyd edək ki, bir müddət öncə Putin səhhətində yaranmış narahatlığa görə, Türkiyə də daxil olmaqla bir neçə ölkəyə səfərini təxirə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB