Müxalifət neft sahələrini ələ keçirir

Müxalifət neft sahələrini ələ keçirir

Suriyalı müxaliflər günlərlə davam edən mühasirədən sonra ölkənin şərqindəki Deyər Ezzor bölgəsində yerləşən neft sahəsini ələ keçirdiklərini açıqlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qarşıdurmaların başlamasından indiyədək bu müxaliflər tərəfindən ələ keçirilən ilk neft sahəsidir.

Lakin Suriya İnsan Hüquqları Araşdırma Mərkəzi bu xəbərin doğruluğunu təkzib edib.

Xatırladaq ki, neft Suriyanın əsas gəlir mənbələrindəndir və sanksiyalar başlanmazdan əvvəl neftin 95 %-i Avropa İttifaqına ixrac olunurdu. Suriyanın 2011-ci ilin dördüncü rübündə 13 min 500 ton olan neft ixracatı 2012-ci ilin ilk rübündə 7 min 500 tona qədər azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə