Betonqarışdıran maşın aşdı, 7 nəfəri öldürdü

Betonqarışdıran maşın aşdı, 7 nəfəri öldürdü

Sürətlə şütüyən betonqarışdıran maşın evakuatora çırpılaraq aşıb

Hadisə Türkiyədə baş verib. SİA-nın məlumatına görə, Elazığ vilayəti Sivirce rayonu yaxınlığında meydana gələn ağır yol nəqliyyat qəzasında 4 nəfəri polis olmaqla 7 nəfər əzilərək ölüb. Məlumata görə, reyd keçirən polislər yük yerində mikroavtobus aparan evakuatoru saxlayaraq avtomobildə axtarış aparıb. Bu vaxt sürətlə şütüyən betonqarışdıran maşın evakuatora çırpılaraq aşıb.

Qəza nəticəsində 3 polis hadisə yerində, daha 1 polis isə çatıdırldığı xəstəxanada vəfat edib. Bundan başqa evakuatorun sürücüsü, betonqarışdıran maşının sürücüsü və hadisə yerində olan bir mülki vətəndaş qəzada ölüb. Yaralanan bir mülki vətəndaş isə xəstəxanaya çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə