Həmas: "Mahmud Abbas vətəninə geri dönmək istəmirsə bu onun üçün qürur olar"

Həmas: "Mahmud Abbas vətəninə geri dönmək istəmirsə bu onun üçün qürur olar"

Fələstin dövlətinin başçısı Mahmud Abbasın İsrail televiziyasında söylədiyi fikirlər Həmas tərəfindən etirazla qarşılanıb. SİA-nın məlumatına görə, Mahmud Abbasın İsrailin "Kanal 10" televiziyasında qatıldığı bir proqramda aparıcının "Uşaqlığınızı keçirdiyiniz Əl-Cəlil şəhərində yaşamaq istərdinizmi?'' sualına, - "Doğulduğum yeri görmək mənim haqqımdır, ancaq orada yaşamaq deyil" şəklindəki cavabı Həmas tərəfindən kəskin etirazla qarşılanıb.

Həmas nümayəndəsi Sami Əbu Zehəri verdiyi açıqlamada bildirib ki, "Mahmud Abbasın şərhləri yalnız özünə aidddir. Heç bir fələstinli çıxmaq məcburiyyətində qaldığı vətəninə qayıtmaq hüququndan imtina etməyəcək. Əgər Mahmud Abbas geri dönmək istəmirsə bu onun öz işidir".

Həmas rəsmisi onu da bildirib ki, "fələstinlilər vətənlərinə qayıtmaq istəyindən əl çəkməyəcək. Fələstin xalqı özünə aid olan torpağın bir qarışından da əl çəkməyəcək.

Qeyd edək ki, Mahmud Abbas proqramda Fələstin torpaqlarının 1967-ci il sərhədlərinə görə təyin olunması və paytaxtının də Şərqi Qüds olmasının vacibliyini vurğulayaraq, özünü "Ramallahda yaşayan bir mühacir" olaraq təsvir edib.

Bütün xəbərlər Facebook səhifəmizdə