Cənubi Qafqaz bölgəsində uşaq ticarətilə məşğul olan qrup ələ keçirilib. Məlum olub ki, qrup bu günə qədər 12 uşağı oğurlayaraq Türkiyəyə satıb. Ələ keçirilən qrup üzvlərinin ifadələrinə görə, oğlan uşaqlarını 16 min dollara, qız uşaqlarını isə 11 500 dollara satıblar. Rusiya Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, Çeçenistanda fəaliyyət göstərən qrupun bir neçə üzvü daha öncə doğum evində işləyən işçilər, həkimlər və işadamları olub. Üzvlər uşaqları oğurlayan "köməkçilərinə" isə 1700 dollar məbləğində pul verdiklərini deyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB